“Ləndo Norrisin tempinə çatmaq üçün bir az inkişaf etməliyik”

Allsport.az saytı xəbər verir ki, “Maklaren”in sürücüsü Oskar Piastri, Mayami qran pri sprintində 2-ci yeri tutması ilə bağlı şərhində komanda yoldaşından hələ də geridə qaldığını etiraf edib:

“Ümumilikdə, xoşbəxtəm. Əlbəttə ki, Ləndo Norrisin tempinə çatmaq üçün bir az inkişaf etməliyik. Amma ümumilikdə səhər yaxşı keçdi. Seçmə mərhələdə nə edə biləcəyimizi görəcəyik.

Düşünürəm ki, bütün rəqiblərimiz bundan çox şey öyrənəcəklər, amma biz də sakit dayanmayacağıq. Ümid edirəm ki, yarış həftəsonu ərzində bu tempi qoruyub saxlaya biləcəyik”.

Həmin kateqoriyadan