- Baxış sayı: 33
- 16 Sentyabr 2026 23:14
- Baxış sayı: 78
- Sentyabr 16, 2026
- 0

Fransanın “Lill” klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Allsport.az xəbər verir ki, liqa-1 təmsilçisi Argentinanın “San Lorenso” komandasından Orlando Gili transfer edib.
26 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb.
Gil Paraqvay millisinin heyətində dünya çempionatında çıxış edib. O, mundialda sərgilədiyi performansla Avropa klublarının diqqət mərkəzinə düşmüşdü.
Orlando karyerası ərzində ilk dəfə Cənubi Amerikadan ayrılıb. O, 2019-cu ildən “San Lorenso”da forma geyinirdi.