- Baxış sayı: 41
- 19 May 2026 15:58
- Baxış sayı: 118
- May 26, 2026
- 0

Braziliyalı triatlonçu Ronan Nunes Kordeyronun Paris-2024 yay paralimpiya oyunlarında qazandığı gümüş medal ləğv olunub.
Allsport.az xəbər verir ki, idmançının 2024-cü ilin sentyabrında verdiyi dopinq testində qadağan olunmuş “norandrosteron” maddəsi aşkarlanıb. İdmançı qərardan apellyasiya versə də, 2026-cı ilin yanvarında keçirilən tribunal onun qaydaları pozduğunu təsdiqləyib.
Kordeyronun bütün nəticələri və mükafatları əlindən alınıb. Onun gümüş medalı isə bürünc mükafatçı, almaniyalı Martin Şultsa verilib.