Bu dəfə Milli Məclisdə

Azərbaycan milli antidopinq agentliyinin (AMADA) təşəbbüsü ilə ölkəmizdə keçirilən “Ədalətli idman ayı – 2026” çərçivəsində Milli Məclisdə görüş təşkil olunub.

Allsport.az saytı xəbər verir ki, əsas məqsəd gələn ilin yanvarın 1-indən qüvvəyə minəcək yeni ümumdünya antidopinq məcəlləsi və beynəlxalq standartların tətbiqi, bu istiqamətdə görüləcək hazırlıq işləri, eləcə də təmiz və ədalətli idman prinsiplərinin təşviqi ilə bağlı fikir mübadiləsinin aparılması olub.

Görüş qarşılıqlı müzakirələr şəraitində davam edib, komitə üzvləri ilə AMADA əməkdaşları arasında antidopinq siyasətinin gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda bu formatda görüşlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb və gələcəkdə növbəti görüşlərin keçirilməsi barədə razılıq əldə olunub.

Həmin kateqoriyadan