- Baxış sayı: 30
- 16 Sentyabr 2026 23:58
- Baxış sayı: 78
- Sentyabr 16, 2026
- 0

“Çelsi” heyətini yeni müdafiəçi ilə gücləndirib.
Allsport.az xəbər verir ki, London klubu Fransa millisinin və “Kristal Pelas”ın üzvü Maksans Lakruanın transferini rəsmən açıqlayıb.
26 yaşlı futbolçu ilə 2032-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Lakrua ötən mövsüm “Kristal Pelas”ın heyətində bütün turnirlərdə 55 oyuna çıxaraq 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Müdafiəçi 2026-cı il dünya çempionatında da Fransa millisinin heyətində 3 matçda forma geyinib.