- Baxış sayı: 64
- 20 Sentyabr 2026 22:28
- Baxış sayı: 185
- Sentyabr 17, 2026
- 0

“Everton” və “Kristal Pelas” futbolçu mübadiləsi həyata keçirib.
Allsport.az xəbər verir ki, Liverpul təmsilçisi vinger Brennan Consonu heyətinə qatıb.
25 yaşlı futbolçu “Everton”la 2030-cu ilin yayına qədər müqavilə imzalayıb. London klubuna isə Duayt Maknil keçib. 26 yaşlı cinah yarımmüdafiəçisi “Kristal Pelas”la 4 illik sözləşmə bağlayıb.
Brennan Conson 2026-cı ilin yanvarından “Kristal Pelas”da çıxış edirdi. O, London klubuna “Tottenhem”dən keçmişdi. Duayt Maknil isə 2022-ci ildən “Everton”un formasını geyinirdi.
