Qətərdə çıxış edəcək

Qətərdə çıxış edəcək

Ailəvi səbəblərdən iyul ayında “Əl-Qərəfə”dən ayrılan və üç aydır klubsuz qalan Xoselu karyerasını yenidən Qətərdə davam etdirəcək.

Allsport.az xəbər verir ki, “Əl-Sayliya” 36 yaşlı ispaniyalı forvardın transferini elan edib.

Kluba azad agent statusunda keçən təcrübəli hücumçu ilə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Xoselunun yeni komandası hazırda Qətər çempionatının autsayderləri sırasında yer alır. “Əl-Sayliya” turnir cədvəlində keçirdiyi 4 oyundan sonra xal qazana bilməyib və sonuncu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan