- Baxış sayı: 7
- 06 Fevral 2025 19:24
- Baxış sayı: 114
- Fevral 05, 2025
- 0
Topaz premyer liqasının 26-cı turunda “Neftçi” rəqib meydanında “Qarabağ”a 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, ev komandanın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında bunu deyib:
“Rəqibi təbrik edirəm. Məğlub olsaq da, komandamın oyunundan razı qaldım. Meydanda yaxşı futbol izlədik. Hər halda, meydanda mübarizə var idi.
Məğlub olmaq istəmirdim. Komandada qalib əhval-ruhiyyəsini qoruyub saxlamaq lazımdır. Neçə oyundu uduzmurduq. Buna görə, komanda daxilində bir həyəcan var idi ki, hər an uduza bilərik”.