- Baxış sayı: 47
- 26 Noyabr 2026 14:51
- Baxış sayı: 124
- Noyabr 26, 2026
- 0

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA çempionlar liqasında tarixi nailiyyətə imza atıb.
Allsport.az xəbər verir ki, almaniyalı mütəxəssis rəhbərlik etdiyi komandaların turnirdə vurduğu qolların sayını 150-yə çatdırıb. O, buna cəmi 49 oyunda nail olaraq rekord müəyyənləşdirib.
Əvvəlki göstərici Xosep Qvardiolaya məxsus idi. Onun komandaları 150 qol həddinə 65 qarşılaşmada çatmışdı.
“Barselona” liqa mərhələsinin V turunda Bakıda “Sabah”ı 4:1 hesabı ilə məğlub edib.