“Fənərbağça” tarixinə düşdü

“Fənərbağça” tarixinə düşdü

“Fənərbağça” UEFA çempionlar liqasının liqa mərhələsinin V turunda “Şaxtyor”u 1:0 hesabı ilə məğlub edib.

Allsport.az xəbər verir ki, bu qələbə İstanbul təmsilçisinin baş məşqçisi Əmrə Bələzoğlunu klub tarixinə yazıb.

46 yaşlı mütəxəssis “Fənərbağça”nı çempionlar liqasında qələbəyə aparan ilk türkiyəli baş məşqçi olub. O, həmçinin klubun heyətində həm futbolçu, həm də baş məşqçi kimi bu turnirdə iştirak edən ilk şəxsə çevrilib.

Maraqlıdır ki, İstanbul klubunun turnirdəki son üç qələbəsi üç fərqli mütəxəssisin rəhbərliyi altında qeydə alınıb. 2008-ci ildə “Çelsi” üzərində 2:1 hesablı qələbəyə Ziko, bu il noyabrın 4-də “Liverpul”la matçda 3:2 hesablı qələbəyə isə Dirk Kuyt rəhbərlik edib.

“Şaxtyor” – “Fənərbağça” matçı çempionlar liqasında iki türkiyəli baş məşqçinin üz-üzə gəldiyi ilk qarşılaşma kimi də tarixə düşüb.

Həmin kateqoriyadan