Türkiyə klubu bəyanat yaydı

Türkiyə klubu bəyanat yaydı

“Gənclərbirliyi” klubu FİFA-nın transfer məhdudiyyəti ilə bağlı açıqlama yayıb.

Allsport.az xəbər verir ki, qadağaya səbəb Peter Etebonun 2026/27 mövsümü üçün nəzərdə tutulan ilkin ödənişinin tam həyata keçirilməməsidir.

Ankara təmsilçisinin rəhbərliyi noyabrın 24-də borcun ödənildiyini və məhdudiyyətin aradan qaldırılması üçün müvafiq prosedurların davam etdiyini bildirib.

FİFA-nın rəsmi saytında “Gənclərbirliyi”nə 3 “transfer pəncərəsi” müddətinə qadağa tətbiq olunduğu göstərilib.

Həmin kateqoriyadan