İngiltərə millisinin sabiq ulduzu cəzalandırıldı

İngiltərə millisinin sabiq ulduzu cəzalandırıldı

İngiltərə millisinin sabiq futbolçusu Rəhim Sterlinq təhlükəli avtomobil idarə etdiyinə görə 12 ay müddətinə şərti azadlıqdan məhrum edilib.

Allsport.az xəbər verir ki, 31 yaşlı futbolçuya 18 ay sınaq müddəti və 100 saat ictimai iş cəzası verilib. Ona iki il müddətinə avtomobil idarə etmək də qadağan olunub.

Hazırda klubsuz olan Sterlinq son olaraq “Feyenoord”da çıxış edib. O, İngiltərə millisində 82 oyun keçirib və 20 qol vurub.

Həmin kateqoriyadan