- Baxış sayı: 64
- 25 Noyabr 2026 20:46
- Baxış sayı: 655
- Noyabr 20, 2026
- 0

Joze Mourinyo “Real”ın XXI əsrdəki rekordunu yeniləyib.
Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Madrid klubuna qayıtdıqdan sonra ilk 18 rəsmi oyunda mümkün xalların 88,9 faizini toplayıb.
Mourinyonun rəhbərliyi altında komanda 16 qələbə qazanıb, 2 dəfə məğlub olub. Bu, XXI əsrdə “Real”ın baş məşqçiləri arasında ilk 18 oyun üzrə ən yüksək göstəricidir.
Əvvəlki rekord da Mourinyoya məxsus olub. O, 2010/2011 mövsümündə mümkün xalların 85,2 faizini toplamışdı. Ötən mövsüm Xabi Alonso da eyni nəticəyə imza atıb.
“Real” UEFA çempionlar liqasının liqa mərhələsinin V turunda PSV-ni 5:1 hesabı ilə məğlub edərək bütün turnirlərdə ardıcıl 10-cu qələbəsini qazanıb.