- Baxış sayı: 41
- 26 Noyabr 2026 12:36
- Baxış sayı: 655
- Noyabr 20, 2026
- 0

“Qalatasaray”ın “Aston Villa” ilə oyunda qələbə qolunu vuran Dəniz Gül cərrahi müdaxiləyə ehtiyac duyub.
Allsport.az xəbər verir ki, türkiyəli futbolçu başla zərbə endirərkən burnundan xəsarət alıb.
Qarşılaşma davam edərkən onun yarasına tikiş qoyulub. Əməliyyatın nə vaxt keçiriləcəyi hələ dəqiqləşməyib.
22 yaşlı hücumçunun “Beşikdaş”la derbidə iştirak edib-etməyəcəyi tibbi müdaxilədən sonra bəlli olacaq.
Dəniz Gül cari mövsüm 15 oyunda meydana çıxıb və 2 qol vurub.