- Baxış sayı: 53
- 25 Noyabr 2026 23:57
- Baxış sayı: 655
- Noyabr 20, 2026
- 0

Bu gün “Sabah” klubu çempionlar liqasının əsas mərhələsinin 5-ci oyununda evdə “Barselona”ya 1:4 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Valdas Dambrauskas məğlubiyyətə aydınlıq gətirdi:
“Rəqib müasir futbol nümayiş etdirir. “Barselona” hər durumda vəziyyəti öz xeyrinə dəyişə bilən klubdur. Furbolçularımdan razı qaldım. Onlar dayanmadılar, sonadək mübarizə apardılar.
Səhvlərimizi təhlil edəcəyik. Bizim də təhlükəli məqamlarımız oldu. İlk hissədə rəqibə çətin anlar yaşatdıq, hətta qapı tirindən dönən topumuz vardı. Komandamız 2-ci hissədə boşaldı. Fiziki cəhətdən mental olaraq baxış dəyişməlidir. Buna da hər zaman hazır olmaq lazımdır”.