Rəşad Məcid idman mediasından nə dedi?

Mətbuat çurasının sədri Rəşad Məcid idman mediasından danışıb. Allsport.az xəbər verir ki, o, Azərbaycan idman jurnalistləri İB-in saytına müsahibəsində bu sahənin inkişafı ilə bağlı fikirlərini bölüşüb:

“İdman mediası jurnalistikamızın ayrılmaz hissəsidir. Hətta deyərdim ki, ən inkişaf etmiş qollarından biridir. İstər SSRİ dönəmində olsun, istərsə də müstəqillik dövründə, idman mediası Azərbaycan jurnalistikasına neçə-neçə istedadlı nümayəndələr bəxş edib. Onlar idmanımızın təbliğində, populyarlaşmasında böyük işlər görüblər. Bu gün də ənənə davam edir. Daim inkişafda olan idmanımızın sevilməsində, gənclərin müxtəlif idman növlərinə axınında mediamızın, əsasən də idman jurnalistlərinin rolu danılmazdır. İnanıram ki, bu tendensiya gələcəkdə də davam edəcək, idman mediasında yeni-yeni istedadlı gənclər üzə çıxacaq,
jurnalistikamızın, idmanımızın inkişafına tohfələrini verəcəklər.”

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish