- Baxış sayı: 44
- 22 Aprel 2026 13:39
- Baxış sayı: 29
- Aprel 23, 2026
- 0

Hesablama palatası, gənclər və idman nazirliyinin tabeliyində fəaliyyət göstərən olimpiya idman komplekslərində aparılan audit zamanı ciddi maliyyə pozuntuları və idarəetmə boşluqları müəyyən edib. Allsport.az saytı xəbər verir ki, audit 2022–2025-ci illəri əhatə etməklə 15 mln. manat vəsaiti əhatə edib.
Hesabatda, OİK-lərin fəaliyyəti üzrə strateji planlaşdırma aparılmayıb, tarif siyasəti əsaslandırılmayıb və gəlirlərin böyük hissəsi subsidiyalardan asılı vəziyyətdə qaldığı qeyd olunub. Bir çox hallarda qiymətlər xərclər nəzərə alınmadan müəyyən edilib.
Eyni zamanda, maliyyə hesabatlarının əksər komplekslərdə tərtib edilmədiyi, gəlirlərin bir hissəsinin rəsmiləşdirilmədən nağd qəbul olunduğu və vergi öhdəliklərinin düzgün yerinə yetirilmədiyi müəyyən olunub.
Palata qeyd edir ki, idman infrastrukturu genişlənsə də, məşğul olanların sayı azalır ki, bu da mövcud potensialdan səmərəli istifadə olunmadığını göstərir (APA).