- Baxış sayı: 48
- 04 May 2026 13:59
- Baxış sayı: 51
- May 12, 2026
- 0

Mayın 12-də gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 26-cı görüşünü keçirib.
Allsport.az saytı xəbər verir ki, Azərbaycan idman akademiyasında təşkil olunan tədbirdə nazir iştirakçıları salamlayaraq son dövrdə həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə məlumat verib.
Eyni zamanda, federasiyaların kommunikasiya əməkdaşları üçün media və PR bacarıqlarının inkişafına dair keçiriləcək təlim proqramı, federasiyaların sosial media hesabatları müzakirə olunub, iştirakçıları maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.