Azərbaycan və Türkiyə gənclər və idman nazirlikləri arasında əməkdaşlıq genişlənir

Azərbaycan və Türkiyə gənclər və idman nazirlikləri arasında mütəxəssis mübadiləsi çərçivəsində qardaş ölkənin nümayəndə heyəti Bakıda səfərdədir. Allsport.az saytı xəbər verir ki, aprelin 21-də nazir Fərid Qayıbov qonaqlarla görüşüb. Söhbət zamanı iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə nümayəndə heyətinin üzvləri səfərin ilk günləri ilə bağlı təəssüratlarını bölüşüblər. Qonaqlar Heydər Əliyev adına idman-konsert kompleksi, Azərbaycan gimnastika federasiyası, Milli idman tibb və reabilitasiya institutu, Bakı atletika mərkəzi və Azərbaycan idman akademiyası ilə tanış olublar. Səfərin növbəti günlərində isə digər idman obyektləri və qurumlarla tanışlıqlarının davam etdirilməsi nəzərdə tutulur.

Həmin kateqoriyadan