“Sabah” sübut edir: Azərbaycan futbolu tək “Qarabağ”dan ibarət deyil!

“Sabah” sübut edir: Azərbaycan futbolu tək “Qarabağ”dan ibarət deyil!


Bu gün UEFA çempionlar liqasında 3-cü ələməsinin cavab oyunlarına start verilib. Allsport.az xəbər verir ki, “Sabah” paytaxtda “Orhus”u qəbul edib. Tərəflər arasında Danimarkada keçirilən ilk matçda “bayquşlar” 1:2 hesabı ilə uduzmuşdular.

Saat 20:00-da başlayan görüşü fransalı hakimlər briqadası idarə edib. Təmsilçimiz rəqibini 4 cavabsız qolla darmadağın edib.

“Sabah” 4-cü təsnifatda “Srvena Zvezda” – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Komandamız bu uğurla, ən azı, Avropa liqasının qrupunu təmin edib. Ötən mərhələdə isə, digər Skandinaviya klubu “Kups”u yenməklə konfrans liqasının əsas raunduna çıxmışdı.

Həmin kateqoriyadan