- Baxış sayı: 37
- 20 Sentyabr 2026 20:06
- Baxış sayı: 184
- Sentyabr 17, 2026
- 0

“Tottenhem”in müdafiəçisi Kevin Danso “Sanderlend”ə keçib.
Allsport.az xəbər verir ki, avstriyalı futbolçu 2026/27 mövsümünün sonuna qədər icarə əsasında premyer liqa klubunda çıxış edəcək.
Razılaşmada müəyyən idman meyarlarının yerinə yetirilməsi şərti ilə gələn yay oyunçunun satın alınması bəndi də yer alıb.
Danso 2025-ci ilin fevralında Fransanın “Lans” klubundan icarə əsasında “Tottenhem”ə keçib. Növbəti mövsümün əvvəlində isə London təmsilçisi onun transferini rəsmiləşdirib. Müdafiəçi “Tottenhem”in heyətində 52 oyuna çıxıb və 1 qol vurub.
36 dəfə Avstriya millisinin formasını geyinən Danso AÇ-2024-də yığmanın heyətində yer alıb. O, 2026-cı il dünya çempionatında isə 4 matçda iştirak edib.