SOCAR minifutbolundan tarixi nəticə: ilk dəfə 3-cü Dünya korporativ oyunlarında qalib oldu!

Heydər Əliyevin xatirəsinə dövlət qurumları arasında IV minifutbol turnirinin qalibi olmuş SOCAR minifutbol komandası, 5-7 iyunda Mərakeş Krallığının Kasablanka şəhərində keçirilən 3-cü Dünya korporativ oyunlarının finalında ev sahiblərini təmil edən “Le Matin”i 1:0 üstələyib.

Allsport.az saytı xəbər verir ki, həmin tarixi uğur sayəsində SOCAR adı çəkilən idman növündə bu oyunlarda qalib adını qazanan ilk Azərbaycan komandası olmaqla yanaşı, turniri məğlubiyyətsiz başa vurub.

SOCAR finala gedən uğurlu yolda 54 komandanın mübarizə apardığı yarışda “Em Energie”ni 4:0, “Kredit Agrikol”u 6:3, CMS komandasını 5:2, “Rostec”i 4:1, “Srellanis Kenitra”nı 1:0, yarımfinalda “Nevrest”i 3:1 hesabları ilə yenib.

Həmin kateqoriyadan