Qiyməti 10 milyona düşdü

Nüfuzlu Transfermarkt portalı Ərəbistanın “Əl-Nəsr” klubunun ulduz hücumçusu Kriştianu Ronaldunun bazar dəyərini yeniləyib. Allsport.az saytı xəbər verir ki, planlaşdırılan yeniləmə nəticəsində 41 yaşlı futbolçunun qiyməti 12 milyondan 10 milyon avroya düşüb.

Bu, onun 2003-cü ildə peşəkar karyerasına başlamasından bəri ən aşağı bazar dəyəridir. Karyerasının zirvəsində portuqaliyalı oyunçunun dəyəri 120 milyon avro idi.

Keçən mövsüm Kriştianu “Əl-Nəsr”də 37 oyun keçirib, 30 qol vurub və beş məhsuldar ötürmə edib. Hücumçu iyun ayında Portuqaliya millisində 2026-cı il Dünya Kubokunda oynayacaq.

Həmin kateqoriyadan