- Baxış sayı: 37
- 04 İyun 2026 20:00
- Baxış sayı: 63
- İyun 04, 2026
- 0

Qadın millimiz ayın 5-də macarıstanlı həmkarları ilə qaşılaşacaqlar. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında baş məşqçi Siyasət Əsgərov bunu deyib:
“Bizim üçün Sumqayıtda oynamaq şərəfdir. Ümid edirəm ki, tribunada azarkeş də görəcəyik. Turnir cədvəlində ikinci pillədəyik. Rəqibdən bir xal geri qalırıq. Oyunun mahiyyətinin fərqindəyik. Matça maksimum hazırlaşmışıq.
Bizim üçün qələbə önəmlidir. Bu oyuna fərqli planla çıxacağıq. Rəqibin harda boşluqlar verdiyini bilirik. Komandada psixoloji problemimiz yoxdur. Hər oyunda olduğu kimi bu oyunda da, tək Sevincdən yox, irəli xətdəki hər kəsdən qol gözləyirik”.