- Baxış sayı: 57
- 05 İyun 2026 17:22
- Baxış sayı: 67
- İyun 05, 2026
- 0

Milli olimpiya komitəsinin (MOK) milli idman federasiyalarının nümayəndələri üçün “Təhlükəsiz idman” proqramına iyunun 5-də yekun vurulub.
Allsport.az saytı xəbər verir ki, MOK-un inzibati binasında təltifetmədə vitse-prezident Çingiz Hüseynzadə, AƏOH-un icraiyyə komitəsinin üzvü Xəzər İsayev, Azərbaycan ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov, MOK-un İdmançılar komissiyasının sədri Fəridə Əzizova və federasiya nümayəndələri iştirak ediblər.
İki gün davam edən proqramın əsas məqsədi idman mühitində təhlükəsizliyin təmin olunması, risklərin minimuma endirilməsi və beynəlxalq standartlara uyğun fəaliyyət mexanizmlərinin tətbiqi olub. Sonda iştirakçılara sertifikatlar təqdim edilib, xatirə şəkilləri çəkdirilib.