Milli komandalar mötəbər yarışlara bölgələrdə hazırlaşırlar

27 iyul – 2 avqustda Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan güləş üzrə yeniyetmələrdən ibarət millilər bölgələrdə təlim-məşq keçir. Allsport.az saytı xəbər verir ki, mayın 24-dən Xaçmaz olimpiya idman kompleksində toplanışa daxil olan “sərbəstlər” iyunun 7-ə qədər orada qalacaqlar. Yunan-Roma güləşçilərimizin Göygöl olimpiya idman kompleksində hazırlığı 1-11 iyun tarixlərini əhatə edir.

Gənclərdən ibarət milli iyulun 6-dan 12-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə qitə çempionatına eyni məkanda hazırlaşır. Hər 2 komanda iyunun 1-dən ayın 12-dədək məşq keçəcəklər.

Sərbəstlərdən ibarət əsas seçməmiz sabahdan Şamaxı olimpiya idman kompleksində toplanışa başlayacaq. Gələn ay (15–19 iyul) Macarıstanın paytaxtı Budapeştdə ilin son reytinq turnirinə hazırlıq iyunun 20-dək davam edəcək.

Həmin kateqoriyadan