Amerikalı rəssam FİFA-nı məhkəmə verib

Viland kimi tanınan amerikalı rəssam FİFA-ya qarşı məhkəmə iddiası qaldırıb. Allsport.az saytı xəbər verir ki, o, Dallasda balinaları təsvir edən genişmiqyaslı divar rəsmi yaradıb. 2026-cı il Dünya Kubokundan əvvəl divar rəsmi FİFA-nın tələbi ilə mavi rəngə boyanıb.

Rəssam FİFA-dan 25 milyon dollar tələb edir. FİFA öz hərəkətlərini Texas ştatının Arlington şəhərində keçiriləcək Dünya Kuboku oyunlarının reklamının nümayiş etdirilməsi zərurəti ilə izah edib.

Balina divar rəsmi 1999-cu ildən bəri Dallas şəhər mənzərəsinin bir hissəsidir. FİFA bildirib ki, divar rəsminin kiçik bir hissəsi, bir balinanı təsvir edən hissə “mədəni və tarixi dəyərinə görə” toxunulmaz qalacaq.

Həmin kateqoriyadan