- Baxış sayı: 42
- 03 İyun 2026 13:05
- Baxış sayı: 64
- İyun 04, 2026
- 0

Fiqurlu konkisürən Alina Qorbaçovanın məşqçisi Sofiya Fedçenko Rusiyada idmançıların zədələrinin diaqnozunun qoyulmasında çətinliklərdən danışıb. Yanvar ayında o Almaniyada diz əməliyyatı keçirib:
“Oradakı vəziyyət (Qorbaçovanın dizi ilə bağlı) dəhşətli idi. Əgər biz nəhayət Almaniyaya çatıb əməliyyatı həyata keçirməsəydik və hər hansı bir fiziki fəaliyyətə davam etməsəydik, o, tamamilə əlil qala bilərdi.
Çünki sinir – həkim mənə göstərdi – 3-4 mm, kiçik bir boru olmalı idi, amma 1 mm-ə qədər aşınmışdı. Sinir demək olar ki, tamamilə kəsilmişdi. O, topuq hərəkətliliyini idarə edir. Əəməliyyatdan əvvəl o, ayağını bundan daha uzağa qaldıra bilmirdi”.