Prezidentliyə namizədi məhkəmə ilə hədələdi

“Mançester Siti” seçkilərdə qalib gələcəyi təqdirdə hücumçu Erlinq Halandla müqavilə imzalayacağını deyən “Real”ın prezidentliyə namizədi Enrike Rikelmeyə qarşı məhkəmə iddiası qaldıracağı ilə hədələyib.

Allsport.az saytı xəbər verir ki, o, norveçlinin adının yazıldığı Madrid klubunun yeni ev köynəyini efirdə nümayiş etdirib:

“İspaniyada Erlinq Halandın gələcəyi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Bunun baş vermə ehtimalı yoxdur və onun müqaviləsində buna icazə verən heç bir bənd yoxdur. Bu səpkidə oyunçumuzun imicindən istifadə ilə bağlı hüquqi tədbirlər görməyi düşünürük”.

Həmin kateqoriyadan