- Baxış sayı: 34
- 02 Noyabr 2026 13:57
- Baxış sayı: 276
- Oktyabr 25, 2026
- 0

Yeniyetmə oğlanlardan ibarət cüdo millimiz Avropa çempionatına hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, növbəti mərhələ Şamaxıda təşkil olub.
Təlim-məşqdə baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik ediblər. Gündə 2 dəfə məşq edən cüdoçular fiziki hazırlıqla yanaşı, texniki və taktiki bacarıqların təkmilləşdirilməsi istiqamətində də intensiv çalışmalar aparıblar.
Yeniyetmələrin qitə çempionatı 29 iyun – 2 iyulda İspaniyanın Las Palmas şəhərində keçiriləcək.