- Baxış sayı: 51
- 05 İyun 2026 18:45
- Baxış sayı: 51
- İyun 05, 2026
- 0

Yoldaşlıq oyunu çərçivəsində iyunun 5-də Macarıstanın Sombatxey şəhərində “Haladaş” stadionunda millimiz maltalı həmkarları ilə görüşəcək. Allsport.az saytı xəbər verir ki, oyundan öncə mətbuat konfransında baş məşqçi Ayxan Abbasov bunu deyib:
“Bu, Millətlər liqasından əvvəlki son toplanışımızdır. Ağır mövsümün ardından futbolçuların belə istəkli, inamlı olmaları bizi sevindirdi. Burada iki yoldaşlıq görüşü keçirəcəyik. Bütün futbolçuları iş başında görmək niyyətindəyik.
Qarşıdakı görüşlərdə həm yaxşı oyun, həm də uğurlu nəticə görmək istəyirik. Həm Bakıda, həm də burada məşqlər bu baxımdan bizə inam verdi. Yoldaşlıq görüşü olsa da, hər 2 qarşılaşmada qalib gəlməyə çalışacağıq. İnanıram ki, sabah maraqlı və sürətli oyun olacaq”.