8-ci rusiyalı qadın oldu

Mirra Andreyeva ukraynalı Marta Kostyuku məğlub edərək “Roland Qarros”un finalına yüksəlib. Allsport.az saytı xəbər verir ki, bu, onun “Böyük dəbilqə”də həlledici mərhələyə adlayan 8-ci rusiyalı qadın edib.

Əvvəllər bu nailiyyətə Mariya Şarapova, Svetlana Kuznetsova, Dinara Safina, Anastasiya Mıskina, Vera Zvonareva, Yelena Dementyeva və Anastasiya Pavlyuçenkova nail olmuşdular.

Bu idmançılardan yalnız Şarapova, Kuznetsova və Mıskina karyeralarında ən azı bir “Böyük dəbilqə” turnirində qalib gəliblər.

Həmin kateqoriyadan