- Baxış sayı: 64
- 14 May 2025 22:00
- Baxış sayı: 82
- May 13, 2025
- 0
Azərbaycan həndbol federasiyasında (AHF) XXXI ölkə kubokunun püşkatma mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, tədbirdə hakimlər kollegiyasının üzvləri, idman şöbəsinin əməkdaşları və komandaların baş məşqçiləri iştirak ediblər.
Federasiyanın idman şöbəsinin rəhbəri, Avropa həndbol federasiyasının nümayəndəsi İsgəndər Əsgərov 2024-2025-ci illər üzrə ölkə kubokunun 26 apreldə “AHF Arena”da keçiriləcəyini bildirib. Olimpiya üsulu ilə təşkil olunacaq yarışın 1/4 final mərhələsindən başlayacağı qeyd edilib. 2023-2024-cü illər üzrə ölkə kubokunun finalçıları olan kişilərdən ibarət “Azəryol” və “Bakı”, qadınlardan ibarət “Azəryol” və “Kür” komandalarının yarımfinal mərhələsindən mübarizəyə qoşulacağı açıqlanıb. Sözügedən mərhələyə mayın üçüncü ongünlüyündə start veriləcək.
Tədbirdə turnirin reqlamenti, qaydaları və oyun cədvəli haqqında ətraflı məlumat verilib. İştirak edəcək komandaların siyahısı elan olunub. Ümumilikdə 9 kişi (“Azəryol”, “Bakı”, “Dinamo”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ”, “Təhsil”, U-17) və 7 qadın (“Azəryol”, “Qarabağ”, “İdman Akademiyası”, “Azərsu”, U-16) komandası mübarizə aparacaq.
Püşkatma mərasimindən sonra iştirakçıların sualları cavablandırılıb, turnirlə bağlı bütün detallar müzakirə edilib.