- Baxış sayı: 75
- 18 May 2026 12:43
- Baxış sayı: 56
- May 20, 2026
- 0

MMA əfsanəsi Fyodor Yemelyanenko pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb.
Allsport.az xəbər verir ki, mükafatlandırma mərasimi martın 31-də Belqorod dövlət milli tədqiqat universitetinin elmi şurasının iclasında baş tutub.
48 yaşlı Yemelyanenko deyub: “Rektor Yevgeniya Anatolyevna Karlovskayaya və universitet rəhbərliyinə doğma universitetimin divarları arasında bu çətin elmi yolu keçmək imkanı verdiyinə görə dərin minnətdarlığımı bildirirəm”.
Yemelyanenko MMA karyerası ərzində 40 döyüş keçirib, 7 dəfə məğlub olub. O, 2023-cü ilin fevralında Rayan Beyderə uduzduqdan karyerasını bitirib.