Heydər zirvəsinə ənənəvi yürüş

Mayın 9-da ümummilli liderin anadan olmasının 103-cü ildönümü münasibətilə Böyük Qafqaz dağlarında yerləşən Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub.

Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyinin dəstəyi ilə Azərbaycan alpinizm federasiyası tərəfindən həyata keçirilən yürüşün iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqaya silsiləsində yerləşən, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə olan Heydər Əliyev zirvəsinə qalxıblar.

Həmin kateqoriyadan