- Baxış sayı: 51
- 12 May 2026 19:00
- Baxış sayı: 51
- May 12, 2026
- 0

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş MMA üzrə peşəkar döyüş gecəsi keçirilib. Allsport.az saytı xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Tacikistan, Özbəkistan və Qazaxıstandan olan idmançılar mübarizə aparıblar.
İdmançımız Gözəl Zutova (75 kq) özbəkistanlı Xədicəbanu Dursunqulovanı 5 raundluq liqanın ilk kəmər döyüşünün birinci raundunda məğlub edərək qələbə qazanıb. Elnar İbrahimov (66 kq) özbəkistanlı Əzizbəy Abdullayevi ilk raundda üstələyib. Əli Şərifov (77 kq) həmyerlisi Bəhruz Fətullayevi məğlub edib, İqbal Əliyev (66 kq) isə Ziya Ağayev üzərində qələbə qazanıb.
İlkin Babayev (93 kq) digər azərbaycanlı Fərid Məmmədovu yenib. Vüsal Aziroğlu (93 kq) Gürcüstan təmsilçisi Beka Çxipuri üzərində qələbə qazanıb. Amin Əlili (62 kq) həmyerlimiz Aqşin Qədiməliyevi üstələyib. Ömər Mutayev (77 kq) isə Ömər Məmmədlini məğlub edərək döyüş gecəsini qələbə ilə başa vurub.