Fransada medal qoymadılar

Lion şəhərində uşu üzrə 20-ci Avropa çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yeniyetmələr arasında Tunar Rüstəmzadə (48 kq, sanda), gənclərdə Xəyal İbrahimov (52 kq, sanda), Səid Süleymanov (56 kq, sanda), Zaur Quluzadə (70 kq, sanda), Əli Cabbarlı (56 kq, light sanda), Nihat Əsgərov (60 kq, light sanda), ustalarda Elçin Eminov (70 kq, light sanda) qızıl medala yiyələniblər.

Yeniyetmələr arasında Ömər Hüseyn (56 kq, sanda), gənclərdə Məhəmməd Məmmədli (48 kq, sanda), Elçin Muradov (56 kq, light sanda), Harun Samsur (75 kq, sanda) və ustalarda Babək Hüseynov (+100 kq, “tui shou”) gümüş mükafat qazanıblar.

Gənclər arasında Nadir Mikayılov (65 kq, sanda), Bəylər Gözəlov (75 kq, light sanda) və Xədicə Soltanlı (48 kq, qadınlar) isə yarışı bürünc medalla başa vurublar.

Həmin kateqoriyadan