- Baxış sayı: 39
- 25 May 2026 15:09
- Baxış sayı: 47
- May 25, 2026
- 0

Bolgarıstanın Nesebr şəhərində Braziliya ciu-citsu və qrapplinq üzrə ustad dərsi keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbir, Azərbaycan Braziliya ciu-citsu klubunun qəhvəyi kəmər sahibi Fərid Hadıyevin rəhbərliyi ilə baş tutub.
O, 10-qat Azərbaycan qrapplinq çempionu, 2-qat dünya MMA çempionu, pankration üzrə 2-qat Avropa çempionu, qrapplinq və sərbəst güləş üzrə idman ustasıdır. Onun zəngin beynəlxalq yarış təcrübəsi və peşəkar yanaşması dərsin yüksək səviyyədə və səmərəli keçməsinə şərait yaradıb.
Ustad dərsi çərçivəsində iştirakçılara Braziliya ciu-citsu və qrapplinq üzrə müasir texnikalar, effektiv taktiki yanaşmalar izah edilib, praktiki məşğələlər və sparrinqlər keçirilib. İştirakçılar həm nəzəri biliklərini artırmaq, həm də real məşq şəraitində bacarıqlarını təkmilləşdirmək imkanı əldə ediblər.