“Kimsə və nəsə olmağa çalışdım, amma bacarmadım”

Zimbabveli UFC döyüşçüsü Temba Qorimbo təqaüdə çıxdığını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, 35 yaşlı idmançının MMA-da 14-7 (UFC-də 4-4) rekordu var. Onun son 3 məğlubiyyəti Visente Luke, Ceremaye Uells və Conatan Mikallefə məxsusdur:

“Kimsə və nəsə olmağa çalışdım, amma bacarmadım. Bütün gücümü sərf etdim və hər ıeyimi ortaya qoydum. Arzum UFC çempionu olmaq idi. Əgər buna nail ola bilməsəm, təqaüdə çıxmağı seçəcəyəm.

Çalışdım. Bəlkə də bir gün məşqçi və ya menecer kimi geri qayıdacağam. Bu yolda mənimlə olan hər kəsə təşəkkür edirəm”.

Həmin kateqoriyadan