- Baxış sayı: 35
- 20 Sentyabr 2026 22:28
- Baxış sayı: 184
- Sentyabr 17, 2026
- 0

“Bavariya”dan ayrılan Leon Qoretskanın yeni klubu məlum olub.
Allsport.az xəbər verir ki, almaniyalı futbolçu karyerasını İngiltərə premyer liqasında davam etdirəcək.
Qoretska “Aston Villa” ilə anlaşıb. 31 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Leon Qoretska 2018-ci ilin yayından “Bavariya”da çıxış edirdi. Almaniya millisinin üzvü 2025/26 mövsümündə Münhen təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 48 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.