2-qat dünya çempionu: Ukraynalı boksçu ilə əvvəllər qarşılaşmamışam

Azərbaycan millisinin lider boksçusu Məhəmmədrəsul Məcidov (+91 kq) peşəkar rinqdə yeni döyüşə hazırlaşır. Allsport.az saytına açıqlamasında 2-qat dünya çempionu bildirib ki, ötən ay qripə tutulması səbəbindən Bakıda vuruşmalı olmayıb.

Profi ilə müqayisədə, AİBA qaydalarında idmançı mübarizədə iştirak etməyəndə, məğlubiyyət alır. Bu üzdən, qarşısına Rio Olimpiadasında qızıl medal qazanmağı məqsəd qoymuş Məhəmmədrəsul, noyabrın 29-da paytaxtda keçiriləcək növbəti görüşdə mütləq qələbə qazanmağı düşünür. Sitat:

«Bu döyüşdə rəqibim Sergey Verveyko olacaq. Ukraynalı boksçu ilə əvvəllər qarşılaşmamışam. Onu heç tanımıram da. Bütün hazırlığım, hədəfim Rio Olimpiadası üzərinə köklənib. Demək, ona qədər yarışları qələbə ilə başa vurmalıyam».

Həmin kateqoriyadan