“Ətraf mühiti zibildən təmizləyək!” çağırışı

Milli antidopinq agentliyi “Ətraf mühiti zibildən təmizləyək!” çağırışı ilə təmizlik aksiyası keçirib. Allsport.az saytı xəbər verir ki, 28 May – Respublika gününə həsr edilən tədbirdə AMADA əməkdaşları, dopinq nəzarətçiləri, peşəkar idmançılar və məşqçilər Bilgəh çimərliyində plastik, şüşə, taxta, kağız və digər tullantılar toplayıblar.

Aksiyaya Azərbaycanın karate, volleybol, qılıncoynatma, velosiped idmanı, atletika federasiyalarının nümayəndələri qatılıblar. Öz işində təmizlik və saflıq prinsiplərini rəhbər tutan AMADA bu cür aksiyaları mütəmadi olaraq keçiməyi planlaşdırır.

Həmin kateqoriyadan