Ümumdünya antidopinq agentliyinin prezidenti ilə görüş

Ümumdünya antidopinq agentliyinin (ÜADA) prezidenti Vitold Banka və Milli antidopinq agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli arasında görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, ÜADA-nın Polşanın paytaxtı Varşavada baş idarəsində keçirilən toplantıda, bu sahədə beynəlxalq irəliləyişlər müzakirə edilib. AMADA-nın direktoru ölkəmizdə antidopinq sahəsindəki vəziyyət, baş verən yeniliklər, beynəlxalq çağırışlara uyğun olaraq həyata keçirilən yeni innovativ üsulların, süni intellektin  tətbiqi ilə bağlı  layihələr barədə məlumat verib.

ÜADA-nın prezidenti Vitold Banka qeyd edib ki, Azərbaycanın yerli və beynəlxalq müstəvidə dopinqlə mübarizəyə verdiyi töhfəsi və gördüyü işlər təqdirəlayiqdir və AMADA etibarlı tərəfdaşlarından biridir.

Görüşdə həmçinin həmyerlimizin sədrlik etdiyi Avropa Şurasının antidopinqdə gender bərabərliyi komitəsinin (GECA) gördüyü işlər və onun antidopinq sahəsində  gender bərabərliyinin təmin edilməsi üzrə beynəlxalq layihəsi müzakirə olunub.

Həmin kateqoriyadan