Azər Həsənsoy: Əsas hədəf Şanxayda keçiriləcək dünya çempionatıdır

“Bu il əsas hədəfimiz Çinin Şanxay şəhərində keçiriləcək dünya çempionatında yüksək nəticə qazanmaqdır”. Allsport.az saytı xəbər verir ki, bunu Azərtac.az-a uşu federasiyasının prezidenti Azər Həsənsoy deyib. Ölkəmizdə bu idman növünə xüsusi maraq olduğunu vurğulayan mütəxəssis əlavə edib:

“Bu yarış uşu üzrə ənənəvi IV Azərbaycan çempionatıdır. Ənənəvi uşu ilə digər uşu yarışları fərqlənir. Ənənəvi uşuda bu idman növünün bütün növləri üzrə yarışlar keçirilir. Bu yarışda idmançılarımız əsasən çinda, vinçun və tuyşou növləri üzrə mübarizə aparırlar. May ayında isə uşunun sanda və tao növləri üzrə Azərbaycan çempionatı keçiriləcək. Bu yarışda Azərbaycanın hər bir bölgəsindən olan idmançılar iştirak edəcəklər”.

İdmançılarımızın daha nüfuzlu turnirlərdə də iştirak edəcəklərini diqqətə çatdıran Azər Həsənsoy bildirib ki, qarşıda onları böyük yarışlar gözləyir. Aprel ayında Moskvada Avropa çempionatında idmançılarımız bütün növlər üzrə iştirak edəcəklər.

Oktyabr ayında isə Çinin Şanxay şəhərində uşu üzrə dünya çempionatı keçiriləcək. Əsas hədəfimiz Çindəki dünya çempionatında yüksək nailiyyətlər əldə etməkdir. Bu səbəbdən idmançılarımız bu yarışa xüsusi diqqətlə hazırlaşırlar.

Həmin kateqoriyadan