“Azərbaycan derbisi” baş tutmadı, Vaqif məğlubiyyətə üzüldü

Türkiyə PTT 1-ci liqasında 24-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun komandası – “Boluspor” öz meydanında digər azərbaycanlı futbolçu Rail Məlikovun klubu “Dənizlispor”u qəbul edib.

Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavadov meydana 80-ci dəqiqədə çıxıb. Məlikovun adı isə matçın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, hazırda Cavadovun komandası 31 xalla 10-cu, Məlikovun klubu isə 21 xalla 17-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan