Bubnov: “Azərbaycan bundan sonra da 0:5 hesabıyla uduzacaq”

Rusiyanın aparıcı futbol ekspertlərindən biri olan Aleksandr Bubnov Azərbaycan yığmasından danışıb. Allsport.az xəbər verir ki, o, mətbuata müsahibəsində millimizlə bağlı bunları söyləyib:

“Misal üçün Azərbaycanı götürün. Ora Avropa çempionu olmuş almaniyalı Berti Foqtsu gətirdilər. Nəticə nə oldu? Onlar Foqtsdan öncə də 0:5 hesabı ilə uduzurdular, onunla da 0:5 hesabı ilə uduzurdular, bundan sonra da uduzacaqlar. Material yoxdur! Axı bu, yığmadır, klub futbolu deyil. Klubda legioner götürə bilərsən, bunun sayəsində çempionatda, avrokuboklarda uğur qazanarsan. Amma yığmada bir yol var – əlində olanlardan maksimum nəsə almaq”.

Həmin kateqoriyadan