Cəmşid Məhərrəmov debüt edə bilmədi, Mahir Şükürov 90 dəqiqə oynadı

Türkiyə PTT 1-ci liqasında 17-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Cəmşid Məhərrəmovun yenicə transfer olunduğu “Adanaspor”la digər həmyerlimiz Mahir Şükürovun komandası “Karşıyaka” da növbəti matçına çıxıb.

Cəmşidin komandası Mahirin klubunu öz meydanında qəbul edib. Oyun “Adanaspor”un 2:1 hesablı qələbəsiylə başa çatıb.

Start heyətdə meydana çıxan Şükürov 90 dəqiqə meydanda olub. Cəmşidin adı isə matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Adanaspor” hazırda 20 xalla 13-cü, “Karşıyaka” isə 25 xalla 6-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan