Cənubi Azərbaycan klubları fərqli nəticələrə imza atdılar

İran çempionatında 4-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Təbrizi təmsil edən “Traktorsazi” və “Göstəriş” klubları, həmçinin Cənubi Azərbaycanın Ənzəli şəhərinin “Malavan” komandası da növbəti matçına çıxıb.

“Traktorçular” bu dəfə səfərdə “Padideh” ilə qarşılaşıb. Təbrizlilər cari mövsümdə ilk məğlubiyyətlərinə üzülüblər – 0:1.

Təbrizin digər klubu isə doğma meydanda “Siah Jamegan”la qarşılaşıb. “Göstəriş” bu görüşdə 1:0 hesablı qələbəyə sevinib.

Cənubi Azərbaycanın İran çempionatındakı daha bir klubu – “Malavan” isə səfərdə “Naft Tehran”la üz-üzə gəlib. 6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 3:3.

Bu nəticələrdən sonra “Malavan” 16 klub arasında 7 xalla 5-ci, “Traktorsazi” 5 xalla 7-ci, “Göstəriş” isə 5 xalla 10-cu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan