Cavid İmamverdiyev Türkiyə klubuna lazım olmadı

Türkiyə PTT 1-ci Liqasında 26-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid İmamverdiyevin komandası – “Elazığspor” da növbəti matçına çıxıb.

Həmyerlimizin klubu doğma meydanda “Bucaspor”la qarşılaşıb. Matç elazığlıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Cavidin adı matçın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, “Elazığspor” hazırda 31 xalla turnir cədvəlinin 12-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan