Dünya və Avropa çempionu: «Rio Olimpiadasından sonra karyeramı başa vuracağam»

«Baku Fires» klubunun təcrübəli boksçusu Albert Səlimov (60 kq) gələcək planlarından danışıb. Allsport.az saytına açıqlamasında titullu boksçu bildirib ki, Azərbaycan millisində işləri qaydasındadır. İndi əsas məqsədi Ümumdünya Boks Seriyasında Rio-2016-ya vəsiqə qazanmaqdır:

«WSB liqasında reytinqim yaxşıdır. Komandamızın da növbəti mərhələyə adlamaq imkanı var. Federasiya mənə hər şəraiti yaradıb. Gərək, özümü doğrüldüm. Başlıca hədəfim Braziliyada keçiriləcək olimpiya oyunların düşüb, orada uğurlu nəticə göstərməkdir.

Rio Olimpiadasından sonra isə, karyeramı başa vuracağam. Amma böyük idmanı birdəfəlik tərk etməyəcəyəm. Ola bilsin, məşqçiliyə başladım».

Həmin kateqoriyadan